​Azərbaycanda məhkəmələrdən birinə yeni hakim təyin ediləcək


Milli Məclisin növbəti plenar iclasında Şəki Apellyasiya Məhkəməsinin hakimi, Mülki Kollegiyanın sədri vəzifəsini icra edən Hümbət Səlimovun vəzifədən azad edilməsi barədə məsələ müzakirəyə çıxarılacaq.


“Report”un xəbərinə görə, həmin iclasda H.Səlimovun Balakən Rayon Məhkəməsinin hakimi təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, Səlimov Hümbət Qamuna oğlu 2010-cu ildən Şəki Apellyasiya Məhkəməsinin hakimi idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu