Daşkəsəndə fırtına qopdu- Evlərə ziyan dəydi


Daşkəsən şəhərində fırtına olub.

Təxminən yarım saatdır şəhərdə güclü yağış yağır. Fırtına nəticəsində şəhərin bir sıra yerlərinə ziyan dəyib. Şəhərdə bəzi binaların dam örtüyü dağılıb, elektrik naqilləri sıradan çıxıb, elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda güclü külək davam edir.

Hazırda Gədəbəy rayonunda və Gəncə şəhərində də güclü külək əsir. Gəncənin Yeni Gəncə, Mahrısa, Bağbanlar qəsəbələri və şəhərin digər ərazilərində hava şəraitinə görə enerji verilişi dayandırılıb. Hazırda yağıntının azalmasına baxmayaraq, şimşək çaxır, külək əsir.

Bundan əlavə, Qazaxda da güclü yağış yağıb, ancaq ciddi fəsadlar baş verməyib.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu