Ermənistan şahmatçıları Bakıya gələcəklər


Ermənistan şahmatçıları Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcəklər.


Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov jurnalistlərə bildirib.
"Bir neçə gün öncə Ermənistan prezidenti və ölkənin Şahmat Federasiyasının prezidenti Serj Sarqsyanla görüşdüm. Habelə, kapitan Levon Aronyanla birgə nahar etdik. Bu günə olan məlumata görə, onlar Bakıdakı Şahmat Olimpiadasında iştirak edəcəklər. Hətta Aronyan ötən il Bakıda Dünya Kubokunda iştirak etdiyini də xatırlatdı", - deyə K.İlümjinov bildirib.
O, ermənistanlı jurnalistləri Olimpiadaya dəvət etdiyini də açıqlayıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası sentyabrın 1-14-də keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu