Qaxda itkin düşmüş 30 yaşlı kişi tapılıb


Qax rayonunda itkin düşən 30 yaşlı Əhməd Şükür oğlu Qabulov tapılıb.


Bu barədə Qax Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Şöbədən bildirilib ki, polisin keçirdiyi xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qabulov rayonun Zəyəm kəndi ərazisində tapılıb: "Qax şəhəri, Azərbaycan prospekti, ev 73 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Əhməd Şükür oğlu Arandan yaylağa köçən çobanlara qoşularaq Zaqatalaya getmək istəyib. Şöbənin əməliyyat-axtarış qrupu onun yerini müəyyənləşdirib və Əhməd Qabulov saxlanılaraq Polis Şöbəsinə gətirilib".

Qeyd edək ki, iki azyaşlı uşaq atası olan Ə.Qabulov mayın 22-də axşam saatlarında evdən çıxaraq bir daha qayıtmayıb. Ailəsinin bildirdiyinə görə, o əqli qüsruludur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu