Gəncə-Göygöl yolunda qəza- yaralılar var


Gəncə-Göygöl avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Hadisə yolun Qızılqaya qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “Nissan” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşn yolun kənarında olan maneəyə çırpılıb.

Qəza zamanı avtomobildə olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu