Ermənistanda Araz çayının sol qolunu kəsmək çağırışları


Ermənistanın Ararat vilayətinin qubernatoru Araz çayına axan və bu vilayətin ərazisindən keçən Azat çayının qarşısını kəsməyi təklif edir.

Qubernator hökumətin Azat çayının suyunu Ararat vadisinin kəndlərinə yönəltmək barədə proqramının təxirə salınmasını düzgün hesab etmir. Tert.am-a açıqlamasında Rubik Abramyan deyib ki, hər gün Azat çayının üzərindəki su anbarından 15-25 min kubmetr su Naxçıvana axıdılır.

Ermənistanın ətraf mühitin mühafizəsi naziri Aramais Qriqoryan də Azat çayının suyunun Azərbaycana axıdılmasına qarşı çıxıb. “Biz nahaq yerə çayı Azərbaycana axıdırıq. Məsələ bundadır ki, bəzi aylarda su qıtlığı müşahidə oluna bilər, ancaq çayda əsasən su bolluğu var. Bu artıq suyu Ararat vadisinə yönəltmək lazımdır”-nazir deyib.

Azat çayı Ermənistanın Qeqam yaylasından başlanğıcını götürür və Araz çayının sol qoludur. (virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu