“Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının II sayı çapdan çıxıb


Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının II sayı çapdan çıxıb.

Jurnala Azərbaycan Turizm və Menecment Universitetinin 31 may-01 iyun tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə keçirdiyi “Regional turizmin davamlı inkişaf prioritetləri” beynəlxalq elmi-praktiki konfransın materialları daxil edilib. Jurnal Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, prof. Cəfər Cəfərovun konfransın plenar iclasında söylədiyi açılış nitqi ilə başlayır. Jurnalda nəşr edilən 23 elmi məqalədən 17-si yerli, 6-sı isə xarici alimlərin elmi tədqiqatlarına həsr olunub. Məqalələrdə turizm potensialının yüksəldilməsində investisiyaya təsir edən faktorlar analiz olunub, gəlmə turizmin ölkə iqtisadiyyatına təsirinin ekonometrik təhlili aparılıb, turizmin inkişafında QHT-lərin rolu, bələdiyyələrin turizmin davamlı inkişafına təsiri və regionlarda turizmin inkişaf perspektivləri tədqiq edilib. Bundan başqa, Belarusiya, Qazağıstan, Özbəkistan, Gürcüstan və Ukranyadan olan gənc tədqiqatçıların aqroturizm, şərabçılıq turizmi, davamlı turizm və milli brendləşmədə onun təsirləri ilə bağlı araşdırma nəticələri öz əksini tapıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu