Qaxda güclü yağış selə çevrilib


Qaxda küləklə müşahidə olunan yağış sonradan selə çevrilib.

Kanal S (Region TV) xəbər verir ki, güclü külək nəticəsində rayonun Qaradolaq və Üzümlü kəndlərində 15-ə yaxın işıq dirəyi aşıb, əhaliyə elektrik enerjisinin verilişində problemlər yaranıb.

Qax elektrik şəbəkəsinin əməkdaşları həmin əraziyə cəlb olunub, qırılan işıq dirəkləri və hava xətləri bərpa olunaraq əraziyə elektrik enerjisinin verilişi bərpa olunub.

Güclü külək kənddəki bəzi tikililərə, eləcə də taxılçılıqla məşğul olan fermerlərin sahələrinə ciddi ziyan vurub.

Qeyd edək ki, güclü külək və yağışın yağması nəticəsində hər iki kənddə ümumilikdə 1450 hektar taxıl sahəsinə ciddi ziyan dəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu