BQXK nümayəndələri Ermənistana keçən azərbaycanlı qadının yanında


Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçməsi faktı təsdiqlənib.


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, bu gün təmsil etdiyi qurumun nümayəndələri iyunun 7-də beynəlxalq sərhədi keçərək Ermənistan ərazisinə daxil olan şəxsə baş çəkiblər.

İ. Hüseynova əlavə edib ki, BQXK-nin münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmə, onların ailə üzvləri ilə əlaqə saxlamalarına yardımçı olma, onların saxlanma şəraitinin və onlarla rəftarı monitorinq etmək mandatı var. BQXK tərəflərin müraciəti olduqda və şəxs özü arzusunu bildirdikdə təşkilat onun geri qaytarılmasında neytralı vasitəçi ola bilər. Xatırladaq ki, dünən bu barədə məlumatı ilk dəfə haqqin.az və virtualaz.org saytları olaraq, erməni mənbələrinə istinadən biz yaymışdıq. Qeyd etmişdik ki, Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyevanın Ermənistana keçməsi barədə məlumatı Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar işçi qrupunun rəhbəri Armen Kaprielyan səsləndirib.

Onu da vurğulamışdıq ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevan nümayəndəliyi Zöhrə Vardzar qızı Vəliyevanın erməni tərəfinə keçməsi barədə məlumatlandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu