Moskvada Xəzərlə bağlı Xüsusi İşçi Qrupun iclası başa çatdı


Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində 45-ci iclası keçirilib.

İyunun 8-də başlayan və 10-dək davam edən iclasda Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan xarici işlər nazirlərinin müavinləri iştirak edib.

İclasda iştirak edən Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edib.

Nümayəndə heyətlərinin rəhbərləri Moskva görüşünün Qazaxıstanda keçiriləcək Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasına hazırlıq baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar, həmçinin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə işin tezliklə başa çatdırılmasının vacibliyini qeyd ediblər.

Хüsusi İşçi Qrupun növbəti iclası Qazaxstanda keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu