Oqtay Əsədovdan deputata çıxış qadağası?


Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında spiker Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında növbəti söz atışması yaşanıb.

Buna səbəb millət vəkili Zahid Orucun cari məsələlərin müzakirəsinə təkid etməsi səbəb olub. Spiker isə Z. Oruca bir qədər əsəbi tərzdə cavab verib.

“Sənin sözün olmayan vaxtı olur ki, ay Zahid ?! Elə deyən kimi deyirsən ki, sözüm var”- deyə, spiker qeyd edib.

Z. Oruc da öz növbəsində spikerə yerdən etirazını bildirib.

Ancaq iclas cari məsələlərin müzakirəsi olmadan öz işinə başlayıb. (Qafqazinfo.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu