Bakıda polis əməkdaşı xidməti avtomobillə qəza törədib


Polis əməkdaşı Bakıda qəza törədib.


Hadisə Nizami rayonu, Babək prospekti, 75 ünvanında qeydə alınıb. Polis serjantı, 1993-cü il təvəllüdlü Rahib Rövşən oğlu Əfəndiyevin idarə etdiyi “Hyundai İX-35” markalı xidməti avtomobil Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Həmid Musa oğlu Musayevin idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu