Xəzər rayonunda avtomobil azyaşlını vuraraq öldürüb


Xəzər rayonunda avtomobil azyaşlını vuraraq öldürüb.


“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
İyunun 15-də saat 13 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Rahim Hüseynov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən qəsəbə sakini, azyaşlı Nuranə Zeynalovanı vurub. Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi araşdırma aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu