Bu gün Milli Məclisə təkrar seçkilər keçirilir


Bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilir.

Səsvermə saat 08:00-da başlayıb və 19:00-da başa çatacaq. Seçkiləri 500-dən artıq yerli və xarici müşahidəçi izləyir.

Seçkilərdə 7 namizəd iştirak edir. Bunlar Yeni Azərbaycan Partiyasından namizəd Cavid Osmanov, Ümid Partiyasından namizəd İqbal Ağazadə və bitərəf namizədlər Əli Haqverdiyev, Anar İbrahimli, Rəşid Gözəlov, Rəşad Abdullayev və Elmir Gözəlovdur.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının 17 noyabr 2015-ci il tarixli iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə beşinci çağırış Milli Məclisə seçkilərin nəticələri etibarsız hesab edilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu