"Sovetski" yanır: alov yaşayış binasına keçib


Bakıda “Sovetski” adlanan ərazidə yanğın baş verib.

Balababa Məcidov küçəsində (keçmiş 2-ci paralel) "Əfsanə" kafesi ilə üzbəüz sökülmüş evin ərazisində yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından sayta verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.

Son məlumata görə, yanğının ərazidəki köhnə taxtalara və təkərlərə od düşməsi səbəbindən baş verdiyi ehtimal edilir. Hadisə nəticəsində “Mersedes” markalı avtomobilin və ikimərtəbəli yaşayış binasının bir hissəsi də yanıb.

Yanğının söndürülməsinə Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 briqadası cəlb edilib. (Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu