İstanbul teraktında zərərçəkənlər arasında azərbaycanlı yoxdur


İstanbulun Atatürk Hava Limanında baş vermiş terror aktı nəticəsində zərərçəkənlər arasında Azərbaycandan sərnişin və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) əməkdaşları yoxdur.

Bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənski əlavə edib ki, Bakı vaxtilə saat 23:30-a planlaşdırılan İstanbul-Bakı aviareysi Atatürk Hava Limanının bağlanması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, hava limanındakı partlayış nəticəsində 10 nəfər ölüb, 40 nəfər yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu