Bakıda Türkiyə səfirliyinin binası qarşısında həmrəylik yürüşü


İstanbulun Atatürk Hava Limanında törədilmiş terror aktı ilə əlaqədar iyunun 29-da çoxlu sayda Azərbaycan vətəndaşı Türkiyənin Bakıdakı səfirliyinin binası qarşısında toplaşaraq qardaş ölkə xalqının dərdinə şərik olub, ölənlərin xatirəsinə ehtiramlarını bildirib.

AzərTAc xəbər verir ki, Atatürk parkından başlayan aksiyanın iştirakçıları səfirliyin binasının önünə yürüş edib, həlak olanların xatirəsinə hörmət əlaməti olaraq burada qərənfillər düzüb, əklillər qoyublar.

Əllərində Azərbaycanın və Türkiyənin bayraqlarını tutan insanlar hadisədən kədərləndiklərini bildirib, terroru lənətləyib, ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinə dair şüarlar səsləndiriblər.

Tədbir iştirakçıları terrorla mübarizədə Azərbaycanın hər zaman Türkiyə xalqının və dövlətinin yanında olduğunu qeyd ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu