Azərbaycanda köhnə maşınlar bahalaşır


Son günlər Azərbaycanın avtomobil bazarında bahalaşma müşahidə olunur. Qiymət artımı daha çox ikinci əl avtomobillərdə özünü büruzə verir.

Alıcıların bildirdiyinə görə, ötən həftələrlə müqayisədə maşınların qiyməti 500-1000 manata qədər bahalaşıb. Maşınların bahalaşmasına səbəb nədir?

Ekspert Ramil Osmanlı bahalaşmanın səbəbini köhnə maşınlara təlabatın çox olması ilə əlaqələndirib.

“Hazırda ikinci əl maşınlara bazarda tələbat var. İdxalın məhdudlaşması və “Avro-4” standartının tətbiqi də qiymət artımına təsir göstərir. Həmçinin bazarda kreditləşməyə qoyulan məhdudiyyətlər ili qismən yeni və bahalı olan maşınların alqı-satqısını da məhdudlaşdırır. Buna görə də ucuz və ili köhnə olan nəqliyyat vasitələrinə tələbat artır. Nəticədə qiymət artımı özünü büruzə verir. Tələbin artması qiymət artımına gətirib çıxarır”.

Ekspertin fikrincə, qiymət artımı daha çox 1999-2003-cü illər istehsalı olan xarici avtomobillərdə müşahidə olunur.

“Onların qiymətləri alıcıların imkanlarına cavab verdiyindən həmin avtomobillərə tələbat yüksəkdir”.

R.Osmanlı yaxın vaxtlarda avtomobil bazarında qiymətlərin ucuzlaşmayacağını qeyd edib. Onun sözlərinə görə, bunun baş verməsi üçün iqtisadi səbəb yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu