UEFA İstanbul terroru ilə bağlı qərarını dəyişdi- 1 dəqiqəlik sükut olacaq


Fransada futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində bu gün keçiriləcək Polşa-Portuqaliya oyununda İstanbuldakı terror aktında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Bu qərarı qitənin ali futbol qurumu - UEFA qəbul edib.

Polşa-Portuqaliya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk hava limanında törədilən terror aktı nəticəsində 44 nəfər həlak olub. (Trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu