Aşıq Azəri ağır əməliyyata hazırlayırlar


Səhiyyə Nazirliyi Aşıq Azər Xanlaroğlunun səhhəti ilə bağlı qərar verib.


Aşığın yaxınlarından verilən məlumata görə, aşıq Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunacaq: “Orada qaraciyər köçürülməsi əməliyyatı aparılacaq. Donor aşıq Azərə ciyərinin 1 kq-nı verməlidir”.

Bundan əlavə əməliyyata kimi aşıq 10 kq çəki atmalıdır. O, həmçinin səhhəti ilə bağlı idman eləməlidir: “Amma yeriyə bilmədiyindən idman edə bilmir. Buna görə həkim nəzarəti altında dietoloqla arıqlamalıdır”.

Qeyd edək ki, Aşıq Azər Xanlaroğlu Hepatit C virusundan əziyyət çəkir. (AzNews.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu