Hacılar da araq içə biləcəklər


Rusiyada müsəlman əhalisi üçün “spirtsiz araq” istehsal olunacaq.

“Hacı arağı” adlandırılan içki şüşəsinin üzərində spirtin miqdarı “0” olaraq göstərilir.

Bu içki müsəlman müştərilərə təklif olunur. Rus jurnalist qeyd edir ki, Rusiyanın bu addımı Ukraynada da həyata keçirilir.

Onun sözlərinə görə, artıq Ukraynada da “spirtsiz araq” istehsalına başlanılıb.

Qeyd edək ki, hazırda bir çox müsəlman ölkələrində “hacı pivəsi” adı ilə içkilərin satışına rəsmi icazə verilir.(publika.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu