AZAL sərnişinlərə xəbərdarlıq etdi


Yay tətil mövsümünün başlanması və Heydər Əliyev Beynəlxalq Hava Limanında yüklənmənin artması, həmçinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan uçan sərnişinlərə aviabiletdə göstərilən uçuş vaxtına üç saat qalmış qeydiyyat masalarına yaxınlaşmağı tövsiyə edir.

AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, bundan başqa, Türkiyəyə giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 90 gün ərzində etibarlı olmalıdır. Türkiyədə qalmaq üçün viza olduğu halda, pasport vizanın müddəti başa çatdıqdan sonra 60 gün ərzində etibarlı olmalıdır.

Əlavə sual yaranarsa, aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaq:

(+99412) 598-88-80 və ya *8880, və yaxud da callcenter@azal.az e-mailinə yazmağınız xahiş olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu