“Azərbaycan istəsə, Türkiyə üzərinə düşən hər şeyi etməyə hazırdır”


“Bizim tək gözləntimiz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində tezliklə sülh yolu ilə həllidir”.

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

“Münaqişənin həlli ilə bağlı keçirilən görüşlər buna xidmət edəcəksə, bunu alqışlayırıq. Azərbaycanın ürəyincə olan, düzgün bildiyi istənilən həllin arxasında, Türkiyə olaraq, sonuna qədər dururuq. Azərbaycanın istəyinə əsasən, Türkiyə üzərinə düşən hər şeyi etməyə hazırdır".

Səfir bu gün təmas xəttində Ermənistan ordusunun atəşkəs rejimini pozması nəticəsində Azərbaycan əsgərinin ölümü ilə bağlı Azərbaycan xalqına və ailəsinə başsağlığı verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu