ABŞ-da polis daha bir qaradərilini öldürüb


ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) polis əməkdaşı silahlı qaradərili şəxsə atəş açaraq öldürüb.

“RİA Novosti” xəbər verir ki, yerli polisin məlumatına görə, insident iyulun 9-na keçən gecə baş verib. Məlumata görə, silahlı polisin tapançanı endirmək tələbinə məhəl qoymayaraq, onu asayiş keşikçilərinə tuşlayıb və buna görə öldürülüb.

Öldürülən şəxsin kimliyi hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Minesota və Luiziana ştatlarında iki qaradərili polis tərəfindən qətlə yetirilib. Bununla bağlı bir neçə şəhərdə baş vermiş iğtişaşlar zamanı 5 polis həlak olub, 7-si yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu