6 ayın dəhşət saçan statistikası: 304 ölü, 970 yaralı


2016-ci ilin 6 ayı ərzində respublika ərazisində 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 304 nəfər həlak olub, 970 nəfər yaralanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 140 fakt (13,4%), həlak olanların sayı 103 nəfər (25,3%), yaralananların sayı 147 nəfər (13,2%) azalıb.

Bakı şəhəri ərazisində 323 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 73 nəfər həlak olub, 342 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 69 fakt (17,6%), 45 nəfər (38,1%), 72 nəfər (17,4 %) azalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu