NİİM: Tıxac bayram tədbirlərilə əlaqədardır


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Mərkəzdən APA-ya verilən məlumata görə, bayram günləri ilə əlaqədar olaraq bölgələrə səfər edənlərin çox olması səbəbindən axşam saatlarında Bakı-Sumqayıt şossesində yarana biləcək sıxlığı nəzərə alaraq səfərlərin daha erkən saatlara planlaşdırılması tövsiyə olunur.

“Bakının bir neçə mərkəzi küçə və prospektində müşahidə olunan tıxac bayram tədbirləri ilə əlaqədardır”.

Bu da mərkəzdən bildirilib. Tıxacın günorta saatlarına qədər davam edəcəyi gözlənilir: “Mərkəzi küçələr bağlı olduğundan digər küçələrə axın olub və buna görə də kənar küçələrdə də tıxac müşahidə olunur. Günün birinci yarısından sonra küçələrdə avtomobillərin normal hərəkəti bərpa olunacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu