FHN yanğınla bağlı açıqlama verdi


“Yanğın Bül-bül prospekti 3 ünvanında yerləşən və hazırda istifadə olunmayan 5 mərtəbəli binada baş verib. Yanğın hadisəsi baş verən vaxt binada təmir işləri aparılıb. Bina taxta konstruksiyalı olduğundan qısa müddət ərzində geniş əraziyə yayılıb və təxminən 240 kv metr ərazini əhatə edib”.

Virtualaz.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.
FHN yanğınla bağlı açıqlama verdi


O, bildirib ki, yanğınsöndürənlərin səyi nəticəsində yanğının binanın digər mərtəbələrinə yayılmasının qarşısı alınıb.

“Yanğın haqqında məlumat saat 14:32-də Dövlət Yanğından Mühafizə Xidmətinə daxil olub. Dərhal hadisə yerinə ərazi üzrə Səbail və Nəsimi rayonlarının yağınsöndürmə bölmələri cəlb olunub. İlk yağınsöndürmə bölməsi təxminən 3 dəqiqə ərzində əraziyə çatıb. Yanğın təxminən 40 dəqiqə ərzində söndürülüb”.

Qərargah rəisi həmçinin bildirib ki, binada təmir işləri aparıldığından elektrik və qazın verilişi dayandırılıb. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Yalnız əraziyə cəlb olunmuş Dövlət Yanğına Nəzarət Xidmətinin əməkdaşları araşdırma apardıqdan sonra bu barədə açıqlama veriləcək.

Ə. Novruzov həmçinin bəzi sakinlərin yanğının qəsdən törədilməsi ilə bağlı səsləndirdikləri iddialara cavab olaraq bildirib ki, bu iddialara aparılan təhqiqatın nəticələrindən sonra cavab veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu