Hesablama Palatasının kollegiya iclası keçirilib


Hesablama Palatasının növbəti kollegiya iclasında bəzi dövlət qurumlarına dair hesabatlar müzakirə olunub.

Palatadan verilən məlumata görə, iclasda "Bakı Metropoliteni" QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair, dövlət büdcəsindən Xarici İşlər Nazirliyinə ayrılan vəsaitlərin istifadəsi, Nazirlik tərəfindən dövlət rüsumlarının hesablanması və dövlət büdcəsinə köçürülməsinə dair, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılmış vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

İclasda bir neçə cari məsələ də müzakirə edilib, müvafiq tapşırıqlar verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu