Baytarlıq Xidmətinin rəis müavini işdən çıxarılıb


Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis müavini Emin Şahbazov vəzifəsindən azad olunub.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli “APA-Economics”ə açıqlaması zamanı bildirib.

“Emin Şahbazov öz ərizəsi ilə təqaüdə çıxıb. Rəis müavini postuna gələcək namizədin kimliyi isə kənd təsərrüfatı nazirinin müvafiq əmrindən sonra bəlli olacaq”, - deyə Y. Xanvəli bildirib.

Qeyd edək ki, DBNX-nin rəis müavini vəzifəsinin müvəqqəti icrası da heç kimə həvalə edilməyib.

DBNX-nin strukturunda dəyişiklik gözlənildiyini bildirən Y. Xanvəli hələ ki, bu istiqamətdə yeniliyin olmadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu