Ağdam və Tərtərdə axtarış aparılıb


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 19-da Ağdam rayonunun Mahrızlı, Tərtər rayonunun Həsənqaya kəndilərində ev və həyətyanı sahələrə, əkin sahələrinə, partlayış yerlərinə baxış keçiriblər. Nəticədə partlamış hərbi sursatın qalıqları aşkarlanaraq götürülüb və 6 min 700 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyulun 19-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 623 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış olub.

Nəticədə 1591 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 23 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu