Qarabağ separatçılarının lideri yeni müharibə ehtimalı haqda


Genişmiqyaslı və davamlı müharibə Cənubi Qafqazda və bütün dünyada daha böyük müharibələrin katalizatoru ola bilər.

Bunu lenta.ru-ya müsahibəsində Qarabağ separatçılarının lideri Bako Saakyan deyib.

O bildirib ki, yeni müharibə ehtimalı bir sıra faktorlardan asılıdır.

“Onlardan ən başlıcası bizim ordunun döyüş qabiliyyəti və münaqişənin güc yolu ilə həllinin qəbuledilməzliyi barədə beynəlxalq aləmin tutduğu dəqiq mövqedir”, - deyə Saakyan vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu