Bakı sakini qonaq getdiyi Tovuzda qəlpə yaraları alıb


Tovuza qonaq gedən Bakı şəhər sakini qəlpə yaraları alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Hidayət Qasımov rayonun Əlibəyli kəndində qonaq getdiyi evin həyətində gəzən zaman bədəninin yuxarı hissəsinin müxtəlif nahiyələrindən qan axdığını görüb. Dərhal Tovuz Mərkəzi Rayon xəstəxanasına yerləşdirilən H. Qasımova bədənin yuxarı ətrafında çoxsaylı qəlpə yarası diaqnozu qoyulub. Ona dərhal tibbi yardım göstərilib, qəlpələr bədənindən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu