İlham Əliyev Misir prezidentinə təbrik məktubu göndərdi


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib.

Virtualaz.org-un məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu