Güclü külək Balakən rayonunda fəsadlar törədib- FOTOLAR


Balakən rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib.

Bu gün axşam saat 19:15 radələrindən başlayaraq, respublikanın şimal-qərb bölgəsinin Balakən və Zaqatala rayonlarının ərazisində güclü külək müşahidə olunur.

Külək nəticəsində bir sıra yerlərdə ağaclar qırılıb, elektrik dirəkləri aşıb, yaşayış evləri və inzibati binaların dam örtüyü uçub.

Güclü külək Balakən Rayonu Mərkəzi xəstəxanasının damını uçurub. Bölgədə elektrik enerjisinin verilməsində fasilə yaranıb. (APA)










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu