Türkiyədə prezident qvardiyası buraxıldı


Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra prezident qvardiyasının buraxılmasına qərar verilib. Bunu “A Haber” telekanalının efirində Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

“Prezident qvardiyası olmayacaq, buna ehtiyac yoxdur”, - deyə Binəli Yıldırım bildirib.

Qeyd edək ki, bundan əvvəl hərbi çevrilişə cəhdlə əlaqədar prezident qvardiyasının 300-dək əməkdaşı saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu