FHN Qovlardakı yanğınla bağlı məlumat yaydı


Fövqəladə Hallar Nazirliyi (FHN) axşam saatlarında Tovuz rayonunun Qovlar şəhərində baş verən yanğınla bağlı məlumat yayıb.[i][/i]

“Qafqazinfo”nun FHN-in saytına istinadən xəbər verir ki, yanğın nəticəsində vətəndaşa məxsus kürsülü, ümümi sahəsi 160 kv.m olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 28 kv.m, 1 otağın tavanı 22 kv.m, ona bitişik ümumi sahəsi 90 kv.m olan talvarın lambirdən ibarət tavanı və talvarın altında dayanmış “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaşayış evinin qalan hissəsi və digər bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 19:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu