Türkiyə prezidenti Baş Qərargah rəisi ilə görüşdü


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Hulusi Akar arasında görüş keçirilib.

"Haber7.com" xəbər verir ki, görüş 2 saat 30 dəqiqə davam edib.

Bu, iyulun 16-da baş vermiş dövlət çevrilişinə cəhddən sonra Rəcəb Tayyib Ərdoğanla Hulusi Akar arasında ilk görüşdür.

Türkiyənin dövlət başçısı ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin hansı məsələləri müzakirə etmələri barədə hələlik hər hansı açıqlama verilmir.("Report")



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu