İçərişəhərdəki Aşurbəy məscidinin bağlanmasının səbəbi açıqlanıb


Məscid bərpa olunacaq.

İçərişəhərdə yerləşən "Ləzgi məscidi" kimi tanınan "Aşurbəy" məscidinin bağlanmasının səbəbi məlum olub.
Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən "Report"a verilən məlumata görə, məsciddə bərpa işləri aparılacaq: "Bu məscid ölkə əhəmiyyətli tarixi abidədir və bərpa olunacaq. İçərişəhərdə yerləşən digər məscidlər də bərpa olunduğu zaman fəaliyyətini müvəqqəti dayandırmışdı. Hazırda həmin məscidlər fəaliyyətlərini davam etdirirlər".
Qeyd edək ki, "Aşurbəy" məscidi Xll əsrə aid tarixi abidədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu