Qətər: “Əlimizdə gizli sənədlər var…”


Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Türkiyədə çevriliş olacağından xəbərdar idilər.

Axar.az xəbər verir ki, bunu Qətərin Müdafiə naziri Xalid əl Attiyə Tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, Qətərin əlində bununla bağlı gizli sənəd mövcuddur:

“Bu dövlətlər may ayında baş tutan “Anadolu şahinləri” təlimləri zamanı Türkiyədə hərbi çevriliş olacağından xəbərdar idilər”.

Qeyd edək ki, bundan öncə İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də Qətər və Səudiyyə Ərəbistanının Türkiyədəki çevrilişdən xəbərdar olduğunu açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu