Xələf Xələfov Hindistan XİN rəhbərinin müavini ilə görüşüb


Xarici İşlər Naziri Elmar Məmmədyarov Hindistanın xarici işlər nazirinin müavini xanım Sujata Mehtanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib və iki ölkə arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı, yüksək texnologiyalar, əczaçılıq, elm-təhsil və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Azərbaycan və Hindistan arasında əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası müştərək komissiya və XİN-lərarası siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulandı. Söhbət zamanı, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsi və bu layihələrin regionlarası əməkdaşlığa töhfəsi ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, humanitar, mədəniyyət və təhsil sahəsində əlaqələrin təşviqi, qarşılıqlı mədəniyyət günlərinin təşkil olunması, universitetlərarası müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi kimi məsələlər müzakirə olundu.

Səfər əsnasında Azərbaycan və Hindistan arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirildi. Məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov, Hindistanı isə xarici işlər nazirinin müavini xanım S.Mehta təmsil etdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu