Rusiyanın bir neçə regionunda zəlzələ olub


Rusiyanın bir neçə regionunda zəlzələ baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Kamçatka sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Berinq adasından 59 km qərbdə yerləşib.

Ötən axşam həmçinin Tuva və Buryatiya Respublikalarında 3,8 bal gücündə zəlzələ olub. İlkin məlumatlara əsasən, dağıntı və zərərçəkən yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu