İran prezidenti Bakıya avqustun 7-də gəlir


İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda iştirak etmək üçün avqustun 7-də Bakıya rəsmi səfərə gələcək.

Trend bu barədə "IRNA" agentliyinə istinadən məlumat verir.

Görüş zamanı ticarət, energetika, telekommunikasiya, ətraf mühit, nəqliyyat və terrorzimlə mübarizə sahələrində üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Bakıya səfəri çərçivəsində İran prezidentinin Azərbaycan və Rusiya prezidentləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu