Prezidentlər Bakıda terror və İŞİD təhlükəsini müzakirə edəcək


"Azərbaycan, Rusiya və İran prezidentləri Bakı görüşündə Suriya və Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər".

RİA Novosti xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, tərəflər həmçinin İŞİD terror qruplaşması tərəfindən artan təhlükə ilə bağlı məsələləri də diqqət mərkəzində saxlayacaqlar.

Xatırladaq ki, üç ölkə prezidenti - İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin görüşü avqustun 8-də Bakıda keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu