Pakistanda xəstəxanada partlayış olub: 15 nəfər ölüb, 20-dən çox insan yaralanıb


Pakistanın Kvetta şəhərində hospitaldakı partlayış nəticəsində15 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, partlayış səhər saatlarında baş verib. Xəstəxanadan verilən məlumatda bildirilib ki, partlayış reanimasiya şöbəsində törədilib.

Partlayışdan sonra naməlum şəxslər atəş açıblar.

Hadisə yerində Pakistan təhlükəsizlik qüvvələri əməliyyat keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu