Azərbaycan Prezidenti: "SOCAR İran və Rusiya ilə birgə əməkdaşlıqda maraqlıdır"


Üçtərəfli format bizim iqtisadi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq.

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İran və Rusiya ilə Xəzərin həmin ölkələrə məxsus sektorunda birgə əməkdaşlıqda maraqlıdır".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən üçtərəfli sammitdə çıxışı zamanı bildirib.
"Öz növbəsində SOCAR İran və Rusiyanın Xəzər sektunda aparılan işlərdə iştirak etməkdə maraqlıdır. Üçtərəfli format bizim iqtisadi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq", - deyə dövlət başçısı qeyd edib.
Azərbaycan Prezidenti əlavə edib ki, artıq 20 ildir İran və Rusiya şirkətləri Xəzərin Azərbaycan sektorunda neft və qaz yataqlarının işlənməsində iştirak edir və böyük məbləğdə investisiyalar yatırırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu