Gülənin əmlakı müsadirə ediləcək


FETÖ rəhbəri Fətullah Gülən və daha 3 nəfərin əmlakı müsadirə edilib.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İkinci Ağır Cinayətlər Məhkəməsi mühakimə olunan və xaricdə sığınan Fətullah Gülən, Ömer Ekinci, Kemal Elibal və Cemal Soncu üçün qaçaq əməliyyatlarının başladılmasına qərar verib və onların bütün əmlakının müsadirəsi haqqında qərar çıxarıb.

Bu qərar ilə fərari olan 4 şəxsin bütün daşınmaz əmlakları, qara dəniz və hava nəqliyyat vasitələri, bütün hüquq və debitor borcları, qiymətli sənədləri, səhmdarı olduğu şirkət səhmləri, kirayə kassa hesabları və bank hesabları dondurulub.

Bundan başqa Fətullah Gülənin qardaşı oğlu və vəkili Kamal Gülən də saxlanılıb. Məlumata görə, bir vaxtlar bağlanmış STV kanalında aparıcılıq edən Kamal Gülən Araç rayonunda yol nəzarəti zamanı bir avtomobildə saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu