Məhkəmə Bəxtiyar Hacıyevi cərimələdi


Bu gün Yasamal Rayon Məhkəməsində bloger və ictimai fəal, xırda xuliqanlıqda təqsirləndirilən Bəxtiyar Hacıyevdən olan şikayətə baxılıb.

Lent.az-a bu barədə onun özü məlumat verib. B.Hacıyev bildirib ki, Yasamal Rayon Məhkəməsi YPX-nin və 27-ci polis bölməsinin bir neçə sutkalıq cəza istəyini qəbul etməsə də, ona 100 AZN cərimə kəsib. Bəxtiyar bununla bağlı apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, B.Hacıyev bir neçə gün bundan qabaq yol polisi ilə insident yaşayıb. Dövlət yol polisinin əməkdaşı B.Hacıyev barəsində raport yazıb. Bəxtiyar Hacıyev də polisdən şikayət edərək təhqir olunduğunu və özünə qarşı fiziki güc tədbiq edildiyini deyib. Faktla bağlı Bəxtiyar Hacıyevə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ittiham edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu