Naxçıvanda saxlanılan erməni geri qaytarıldı


Avqustun 7-də Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində saxlanmış Ermənistan vətəndaşı bu gün qarşı tərəfə qaytarılıb.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasındən məlumat verilib.

Məlumata görə, 7 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviç 23 avqust 2016-cı il tarixdə Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu