İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidenti ilə görüşdü


Sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüblər.

Görüşdə Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunduğu bildirilib. Bakı Şahmat Olimpiadasında rekord sayda iştirakçı ölkənin təmsil olunmasının önəmi vurğulanıb. FIDE ilə Azərbaycanın müvafiq qurumları arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olunub. Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bu sahədə fəaliyyəti xüsusi vurğulanıb. Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən şahmatın sürətlə inkişaf etdiyi diqqətə çatdırılıb, şahmatçılarımızın müxtəlif beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər qeyd olunub.
(virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu