Pakistan yeni qırıcı təyyarəsini Bakıda təqdim edəcək


Pakistanın müdafiə sənayesi naziri Rana Tanvir Hüseyn Azərbaycana səfər etməyi planlaşdırır.[i][/i]

"Report" hərbi sahədəki məlumatlı mənbələrə istinadən xəbər verir ki, nazir Bakıya sentyabrın 27-30 keçiriləcək II Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgisində (ADEX 2016) iştirak etmək üçün gələcək.

Məlumata görə, Bakıdakı sərgidə Pakistan əsas yeni məhsulunu - Çinlə birgə istehsal olunmuş "JF-17 Thunder" qırıcı təyyarəsini təqdim edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu